Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Migel Oliveyra Pramac-da yarışacaq

Bu mövsüm Trackhouse komandasında çıxış edən Migel Oliveyra növbəti mövsümdən etibarən Yamaha-nın peyk komandası olan Pramac-ın şərəfini qoruyacaq.

Kokpit.az xatırladır ki, portuqaliyalı sürücü iki il idi ki, Trackhouse/RNF komandasının şərəfini qoruyurdu. Lakin o gələn il Yamaha-nın M1 ilə dəstəkləyəcəyi Pramac-da yarışacaq.

Migel Oliveyra bildirib ki, o, yeni komandası ilə MotoGP-də vacib uğurlar hədəfləyir: “Yamaha kimi əfsanəvi markanı təmsil etmək mənim üçün xüsusi haldır. Uzun illər mavi motosikletə heyranlıqla baxmışam.

İndi isə onların bir parçası oldum və mənə inandıqları üçün Yamaha Motor Company-yə təşəkkür edirəm. Lin Cervis bu danışıqların başlanmasında və müqavilənin bağlanmasında çox vacib rol oynadı”.

Rauf Hacıyev

Şərh əlavə et