Xəbəri Kokpitdə Oxuyun!

Misanoda Banyaya poulu rekordla qazanıb

MotoGP üzrə San Marino Qran Prisində poulu Françesko Banyaya qazanıb. Dünən stabil olaraq ikinci yeri tutan Mark Markes isə bu dəfə qəza ilə yadda qalıb.

Kokpit.az bildirir ki, italyan sürücü San Marina Qran Prisinin sıralanma turunda 1.30.304 zaman nəticəsi ilə hamıdan sürətli olub və yarışa pouldan başlama haqqı qazanıb.

Sıralanma turu şənbə günü günəşlu havada başlayıb və birinci ən sürətli dövrəni 1.31.574 ilə Fabio Di Canantonio atıb. Lakin sessiyanın bitməsinə səkkiz dəqiqə qalmış italyan sürücü 4-cü yerə qədər geriləyib və 1.31.148 zaman nəticəsi göstərən Bred Binderin gerisinə düşüb.

Daha sonra KTM-lə yarışa çıxan Pol Esparqaro birinci sessiyada yıxılıb və ikinci sektorda sarı bayraqların çıxmasına səbəb olub. KTM sürücüsü bu qəzadan sonra boksa qayıdıb.

Birinci sessiyadan sonra 1.30.903 zaman nəticəsi göstərən Aleks Markes zirvədə olub. İkinci yeri ondan 0.005 saniyə geridə qalan Bred Binder tutub.

Aleş Esparqaro isə dünən ikinci sərbəst yürüşlərdə etdiyi qəzaya görə sıralanma turuna birbaşa ikinci sessiyadan başlamaq şansını itirmişdi. Aprilia komandasının sürücüsü bu gün dünənki səhvinin cəzasını çəkib və çox cüzi fərqlə ikinci sessiyaya qala bilməyib.

Sıralanma turunun ikinci sessiyasında isə Françesko Banyaya bitimə 4 dəqiqə qalmış 1.30.304 zaman nəticəsi ilə dövrəvi rekord qırıb və poul qazanıb. Bu zaman Mark Markes qəza edərək sarı bayraqlara səbəb olub. İspaniyalı sürücü 15-ci döngədə etdiyi qəzaya görə mübarizəni vaxtından əvvəl dayandırıb.

İkinci yeri isə Banyayadan 0.285 saniyə geridə qalan Franko Morbidelli tutub. Marko Bezzekki üçüncü yerdə qərarlaşıb. Çempionatın lideri Xoan Martin isə lider Banyayadan 0.341 saniyə geridə 4-cü yeri tutub.

Honda komandasının sürücüsü Xoan Mir mədə xəstəliyinə görə sıralanma turunda iştirak etməyib.

Rauf Hacıyev

Şərh əlavə et