Kokpit.az bildirir ki, O Monakoda 303 min sterlinq dəyərindəki Ferrari Purosangue ilə gedərkən önündəki maşına çırpılıb və onun bu qəzası sosial şəbəkələrdə yayımlanıb.
Əslində monakolu sürücü Ferrari-si ilə dayanmaq istəyərkən maşınının ön hissəsi digər maşının arxa hissəsinə yumşaq toxunur və Ferrari yenidən arxaya doğru gedir.
Hadisəni kamerası ilə çəkən adam isə bu anda “Qəzanı yaxşı tutdum” deyir. Buna baxmayaraq Lekler yenidən yoluna sakit formada davam edir. Bu qəzada heç kim yaralanmır və iki sürücü də maşından düşüb dəyən ziyana heç baxmayıblar. Lekler sadəcə əlini qaldıraraq üzr istəyib və sürücülər sonra yollarına davam ediblər.
Videonu paylaşan şəxs isə xülasədə belə yazıb: “Bir gün Ferrari ilə yarış qazanarsan, o biri gün isə Monakoda qəza edərsən. Şarl Leklerin həyatına xoş gəldiniz”.
Qeyd edək ki, Şarl Lekler keçən bazar günü Montsada keçirilən İtaliya Qran Prisində qalib gəlmiş və bu mövsüm ikinci qələbəsini əldə etmişdi. O, yarışdan sonra bildirmişdi ki, Ferrari ilə Motsada yarış qazanmaq çox emosyanaldır.
Növbəti həftə isə biz Şarl Lekleri Bakıda görəcəyik. O, Bakı Şəhər Halqasında ilk qələbəsini qazanmaq üçün mübarizə aparacaq.
Şərh əlavə et