Xəbəri Kokpitdə Oxuyun!

İnvestorlar Aston Martin-ə sərmayə qoymağa hazırdır

Yazda məlum olmuşdu ki, Lourens Stroll potensial investorlarla Aston Martin komandasının səhmlərinin bir hissəsinin satışı ilə bağlı danışıqlar aparır.

Kokpit.az bildirir ki, bu gün Britaniyanın televiziya kanalı Sky News qarşıdan gələn sövdələşmənin bəzi təfərrüatlarını açıqlayıb: ABŞ-dan iki böyük investisiya fondu – HPS Investment Partners və Accel kanadalı iş adamı ilə razılığa gəlməyə yaxındırlar və 1,5 milyard dollardan 2 milyard dollara qədər investisiya qoymağa hazırdırlar. İddialara görə, sövdələşmə yaxın vaxtlarda təsdiqlənəcək.

Həmçinin bildirilir ki, HPS Aston Martin-in Silverstounda yeni bazanın tikintisi ilə bağlı borclarını yenidən maliyyələşdirməyə razılaşıb. Komandaya yaxın mənbə iddia edir ki, amerikalı investorlara təklif edilən komandanın payı 20-25% arasındadır.

Əlbəttə ki, Sky News-da xəbərin müəllifləri Aston Martin-in gələn ilin mart ayından etibarən avtomobillərin hazırlanmasına cavabdeh olacaq əfsanəvi yarış dizayneri Ədrian Nyui ilə müqavilə elan etməyə hazırlaşdığını diqqətdən kənarda qoymayıblar. Komanda cari mövsümdə Mühəndislər Kubokunda beşinci yerdədir.

Nə Aston Martin, nə də Amerika investisiya fondları kanalın gözlənilən sövdələşməni şərh etmək istəyinə cavab verməyib.

Elçin Zodorov

Şərh əlavə et