Kokpit.az xatırladır ki, Sauber komandasının gələn il üçün bir yeri boşdur. Mattia Binotto daha əvvəl bildirmişdi ki, hazırda bu yer üçün beş namizəd – Mik Şumaxer, Valtteri Bottas, Qabriel Bortoleto, Quanyu Çjou və Teo Purşer – var.
Lakin dördqat Dünya Çempionu Sebastyan Fettelin də adı bəzən Audi ilə hallanır.
Sauber komandasının yeni rəhbəri Mattia Binotto bu barədə belə danışıb: “Sebastyanı sevirəm. Onu keçmişdən çox yaxşı tanıyıram və onunla işləməkdən qürur duyaram.
Onun həm insan, həm də sürücü kimi nə qədər güclü olduğunu bilirəm. Lakin mən bir neçə həftədir ki, Sauber-dəyəm. Əvvəlcə hər şeyi anlamalı, ətrafa baxmalı və digər işçiləri dinləməliyəm. Daha sonra qərarımızı verəcəyik.
Bu qərar Audi üçün doğru qərar olmalıdır. Sadəcə 2025-ci il üçün yox, gələcək üçün də ən yaxşısını seçməliyik”.
Şərh əlavə et