Kokpit.az bildirir ki, ispaniyalı sürücü yerlisi Mark Markesi 0.03 saniyə qabaqlayaraq zirvədə yer alıb. Mark Markesi isə KTM-in joker sürücüsü Pol Esparqaro izləyib. Beləliklə, İtaliyada ilk 3 yeri 3 ispan sürücü zəbt ediblər.
2020-ci ildə Misanoda karyerasının ilk qələbəsini qazanmış Franko Morbidelli isə Fabio Kuartararoni qabaqlayaraq, 4-cü yeri tutub.
Aleş Esparqaro isə 6-cı yeri tutaraq, günün ən sürətli Aprilia sürücüsü olub. Keçən həftə əsas yarışda qəza etdikdən sonra ölkəsinə boyun və çiyin ağrıları ilə gələn Françesko Banyaya isə Bred Binderdən sonra 8-ci yeri tutub. Onluğu Maverik Vinyales və Pedro Akosta bağlayıblar.
KTM komandasından Cek Miller 11-ci, Avqusto Fernandes 12-ci olub. Misanoda üç dəfə podiuma yüksəlmiş Enea Bastyanini isə liderdən 0.761 saniyə geridə qalaraq 13-cülüklə barışıb. Honda komandasından Yohan Zarko 14-cülüklə günü bağlayıb. Digər Honda sürücüsü Xoan Mirin mədəsinə virus düşdüyü üçün müalicə olunub və buna görə də Yaponiya komandası sessiyada bir sürücü ilə təmsil olunub.
Repsol Honda-nı sessiyada tək təmsil edən Luka Marini isə günü 18-ci yerdə bağlayıb və Xorxe Martindən 1 saniyə geridə qalıb.
Şərh əlavə et