Kokpit.az xatırladır ki, Barselona trasının Formula 1 ilə müqaviləsi 2026-cı ildə başa çatacaq və ondan sonra İspaniya Qran Prisi İspaniyada keçirilməyə başlanacaq.
Lakin İspaniya bankı Santander ilə imzalanan müqavilədən sonra Formula 1-in rəhbəri Stefano Domenikali mətbuat konfransında bildirib ki, İspaniyada iki yarış keçirə bilərlər: “Barselonada keçirilən yarışlardan razıyıq və gələcəkdə tərəfdaşlığımızı yeniləyə bilərik.
Madridin təqdim etdiklərindən də çox razıyıq. İspaniya indi ən yaxşı dövrünü yaşayır. Həyatda olduğu kimi idmanda da rəqabətin olması çox yaxşıdır”.
Hazırda təqvimdə Amerika Birləşmiş Ştatlarından 3 yarış var. Amerikada 4-cü yarışın keçiriləcəyi ilə bağlı söz-söhbətlər var.
Jurnalistlər Domenikalidən bu barədə soruşublar. İtalyan rəhbər isə belə cavab verib: “Dördüncü yarış doğru deyil. Amerika Birləşmiş Ştarlarında 3 yarış bəsdir”.
Şərh əlavə et