Kokpit.az xəbər verir ki, bu cəhdlər cari ilin əvvəlində olub. Corriere dello Sport-un yazdığına görə, Scuderia Lambyazeyə komandaya gələn mövsüm qoşulacaq Lyuis Həmilton üçün yarış mühəndisi vəzifəsini təklif etsə də, mütəxəssis bundan imtina edib.
Racingnews365-in məlumatına görə isə, Lambyaze Red Bull Racing ilə cari müqaviləsini uzadıb. Eyni zamanda, daha əvvəl xəbər verildiyi kimi, o, mövsümün sonunda komandadan ayrılaraq 6 aylıq məcburi məzuniyyətə yollanacaq idman direktoru Conatan Vitlinin bəzi vəzifələrini öz üzərinə götürəcək.
Xatırladaq ki, Conatan Vitli də öz növbəsində Sauber komandasına keçir və Audi-nin də qoşulacağı yeni layihədə əsas fiqurlardan biri olacaq. Lambyazenin Red Bull-dakı gələcəyi isə Ferstappenin komandadan ayrılacağı variantda maraq doğurur…
Şərh əlavə et