Xəbəri Kokpitdə Oxuyun!

F1 Lenovo ilə qlobal tərəfdaşlıq qurub

Formula 1 məşhur texnologiya şirkəti Lenovo ilə 2025-ci ildən etibarən qlobal tərəfdaşlığa başlayacaq. Müqaviləyə görə Lenovo gələn mövsüm iki Qran Pridə titul sponsoru olacaq.

Kokpit.az bildirir ki, müqaviləyə görə Lenovonun törəmə şirkəti olan Motorola Formula 1-in qlonal ağıllı telefon sponsoru olacaq. Lenovo isə Formula 1-i ən son texnoloji məhsullar və xidmətlərlə təmin edəcək.

Formula 1-in idarə heyətinin rəhbəri Stefano Domenikali müqavilə barərə bunları deyib: “Lenovo ilə qlobal tərəfdaşlıq qurduğumuz üçün sevincliyəm. Bu gün güclənərək böyüməyə davam edəcək tərəfdaşlığımızda yeni bir səhifə açılır. Lenovo ilə işlərimizi davam etdirərək Formula 1-i növbəti illərdə də dünyanın ən təkmilləşmiş idmanı olaraq qalmasını təmin edəcəyik və yenilikçi yanaşmamıza davam edəcəyik.

Lenovo-nun idarə heyətinin rəhbəri Yanq Yuanqinq isə bunları deyib: “Tərəfdaşlığımızı inkişaf etdirərək Formula 1-in qlobal tərəfdaşı olduq və buna görə çox həyəcanlıyıq. Biz bir yerdə həm texnologiya, həm də avtoidmanın gələcəyini quracağıq. Bundan başqa dünyanın istənilən yerində unudulmaz təcrübələr yaşayaraq hamının texnoloji inkişafdan faydalanmasını təmin edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et