Kokpit.az bildirir ki, son iki ilin Dünya Çempionu Françesko Banyaya San Marinodakı cümə əsas sərbəst yürüşlərində zirvəyə qayıdıb. Hazırda çempionatda Xorxe Martindən 23 xal geridə qalan italyan sürücü Araqondakı qəzadan sonra öz vətəninə boyun və çiyin ağrıları ilə gəlmişdi. O, səhərki sərbəst yürüşlərdə 8-ci yeri tutduqdan sonra ikinci sərbəst yürüşlərdə zirvəyə yüksəlib.
Keçən həftə Araqonda möhtəşəm performansla builki ilk qələbəsini qazanan Mark Markes isə ikinci yeri tutub. Misanonun son qalibi Xorxe Martin isə üçüncü olub. İlk beşliyi Franko Morbidelli və Enea Bastyanini bağlayıblar. KTM komandasından Pedro Akosta isə 5 Ducati-dən sonra 6-cı yerdə qərarlaşıb.
Aleş Espararo günü qəza ilə bağlayıb və onluğa düşə bilməyib. Digər tərəfdən Bred Binder də sabahkı sıralanma turuna birinci sessiyadan başlayacaq. 2021-ci ilin Dünya Çempionu Fabio Kuartararo isə doqquzuncu yeri tutub və sabahkı sıralanma turuna ikinci sessiyadan başlayacaq.
Mədəsi ilə bağlı problem yaşayan Xoan Mir isə sərbəst yürüşlərdə iştirak etməyib.
Şərh əlavə et