Kokpit.az bildirir ki, Aston Martin komandasının Silverstoundakı yeni aerodinamik borusu rəsmi olaraq tamamlanıb. Yeni boru rəsmi olaraq bu həftə komandaya təslim edilib. Hazırda boruda testlər və kalibrləmə işləri gedir və bununla da yeni borunun ilin sonunda hazır olması və “yaşılların” Mercedes-in aerodinamik borusunu icarəyə götürməkdən qurtulması gözlənilir.
Aston Martin-in dediyinə görə bu boru 21 ildən sonra Formula 1 üçün xüsusi hazırlanmış ilk aerodinamik boru olacaq.
Luka Furbatto da bildirib ki, hazırlıq müddəti 2-3 ay davam edəcək: “2026-cı il maşınının inkişafına 2025-ci ilin yanvarından etibarən icazə veriləcək. Buna görə də proqrama uyğun gedirik. Bundan başqa iki layihə arasında balans yaradaraq 2025-ci il maşınını da təkmilləşdirməyə davam edəcəyik.
Səhv etmirəmsə, son dəfə 21 il əvvəl sırf Formula 1 üçün aerodinamik boru düzəldilmişdi. 21 il əvvəlki aerodinamik borunu götürüb yeni texnologiya ilə müasirləşdirə bilərsiniz, amma bu tamamilə yeni aerodinamik borunun effektini verməyəcək.
Hazırda Mercedes-in aerodinamik borusundan istifadə edirik və o, çox yaxşıdır. Ancaq onu bazamızda deyil. Ancaq həftəsonları istifadə edə bilirik. Bu da bizim üçün əlverişli deyil”.
Şərh əlavə et