Kokpit.az xatırladır ki, Apple sentyabrın 9-da İphone 16 seriyası başda olmaqla bir neçə yeni məhsulunu təqdim edəcək. Əlbəttə, əksəriyyətin diqqəti yenə də İphone 16-da olacaq. Ancaq həmin gün təqdim ediləcək Apple Watch Series 10 da əksəriyyətin marağında olacaq. Bəzi resurslar bu cihaza aid paylaşıb ediblər.
Apple Watch Series 10 daha nazik ekranla təqdim ediləcək.
Artıq təqdimat gününə çox az qalıb. Təqdim ediləcək məhsullar barədə çoxlu xəbərlər və görüntülər yayılıb. İndi isə Apple Watch Series 10-un dizaynı ilə bağlı görüntülər mətbuata sızdırılıb. Buradan baxan yenu modelin daha nazik kənarlı ekrana sahib olduğunu görürük.
10-cu nəsil ağıllı saat əvvəlki məlumatlara əsas üç variantda – 42, 46 və 49 mm korpusla istehsal olunacaq. Bu isə o deməkdir ki, yeni saat Apple Watch Ultra ilə eyni boyda – 49 mm – olacaq və müştərilərin diqqətini cəlb edəcək. Saatın ekranının OLED olması gözlənilir.
Apple uzun müddətdi üstündə işlədiyi hiper təzyiq və yuxu apnesi sensorlarını bu yeni saatda tətbiq edəcək. Bundan başqa WatchOS 11 ilə əlavə olunan digər funksiyalar da saatda olacaq. Apple İntelligence xüsusiyyətinin də bu saarda olması gözlənilir.
Bunlardan başqa saatda iki səsgücləndiricinin olması və paslanmaz polad korpusu titan korpusun əvəzləməsi gözlənilir.
Şərh əlavə et