Xəbəri Kokpitdə Oxuyun!

Sauber-in 5 namizədi var

Audi F1 proqramının rəhbəri Mattia Binotto bildirib ki, Sauber-in 2025-ci il üçün hazırda 5 namizədi var. 

Kokpit.az  xatırladır ki, hazırda 2025-ci il üçün boş yer olan iki Formula 1 komandası var. Onlardan biri RB, digəri isə Sauber-dir. 

Sauber komandasında hazırda Valtteri Bottasın yeni müqaviləyə yaxın olduğu deyilir, amma bu yer üçün çox sürücünün adı hallanır. Bottas və Çjoudan başqa Mik Şumaxer, Teo Purşer və Gabriel Bortoleto Sauber komandası üçün namizəddirlər.

Komandaya yeni transfer olunan Mattia Binotto da bu sürücülərlə maraqlandıqlarını təsdiqləyib: “Mik Şumaxeri Ferrari Sürücü Akademiyasından çox yaxşı tanıyıram. Onun nə qədər güclü yarış sürücüsü olduğunu çox yaxşı bilirəm. Digərləri kimi o da bizim siyahımızdadır.

Başqa kimlər var? Ehtiyat sürücümüz Teo Purşer var. O onsuz da bu komandanın bir parçasıdır. Buna görə də onun burada olması çox normaldır.

Gabriel Bortoleto da Formula 2-də çox yaxşı performans göstərir. Çox istedadlı olduğunu artıq sübut edib. Onun performansını yaxından izləyirik”.

Qeyd edək ki, Sauber komandası növbəti mövsüm üçün Niko Hülkenberqi heyətinə qatıb.

Rauf Hacıyev

Şərh əlavə et