Kokpit.az xatırladır ki, Red Bull komandası mövsümə yaxşı başlamış və ilk 5 yarışdan 4-ünü qazanmışdı. Lakin indi vəziyyət tam fərqlidir. “Qırmızı öküzlər” son 6 yarışda qələbə üzünə həsrətdir və üstəlik bu yarışların sadəcə ikisində podiuma yüksəliblər. Buna görə də Mühəndislər Kubokunda McLaren, Sürücülər Çempionatında isə Lando Norris xal fərqini bağlamaqdadır.
Red Bull komandası isə RB20-nin balans problemini həll edə bilmədiyi üçün narahatdır. Şirkətin idman məsləhətçisi Helmut Marko əmindir ki, onlar bu problemi həll edəcəklər. Lakin bunun üçün ən az iki yarış da gözləməli olduqları reallığını qəbul edir: “Belə düşünsək, Bakı və Sinqapurdakı şəhər yarışları elə də vacib deyil.
Ostində geriyə qayıdıb-qayıtmayacağımızı zaman göstərəcək”.
Helmut Marko Montsadakı təkər testini də geri dönüş üçün yaxşı variant kimi görünür: “Montsada Liam Louson ilə təkər testimiz olacaq. Bundan başqa işçilərimiz harada dəyişikliklər etməli olduğumuzu təhlil edəcəklər. İnkişaf zamanı səhv yönə getdiyimiz nöqtəni tapmalıyıq. İndidən bəzi şeylər tapmışıq. Biz bolidi düzgün balansa gətirmək üçün texniki tərəfdə dəyişikliklər etməliyik”.
Şərh əlavə et