Xəbəri Kokpitdə Oxuyun!

Nyui Aston Martindəki işinə martda başlayacaq

Britaniya mətbuatının verdiyi xəbərə görə Ədrian Nyui Aston Martin-lə gələn ilin martında işləməyə başlayacaq. 

Kokpit.az xatırladır ki, Aston Martin növbəti həftə Ədrian Nyuini transfer etdiyi ilə bağlı məlumat yaymağa hazırlaşır. Hətta “yaşıllar” jurnalistlərə sentyabrın 10-u üçün xüsusi dəvət də göndərib və bildiriblər ki, vacib açıqlama verəcəklər. Bu açıqlama böyük ehtimalla Ədrian Nyuinin transferi olacaq. 

İndi isə britaniyalı mühəndisin transferi ilə bağlı yeni detallar ortaya çıxmağa başlayıb. Britaniya mətbuatının verdiyi xəbərə görə Ədrian Nyui yeni iş yerində ilinə 26 milyon dollar qazanacaq. Bu da dörd ildə 100 milyon dollardan çox pul edir.

Aerodinamikanın atası sayılan Ədrian Nyui Aston Martin-də işinə gələn ilin mart ayında başlayacaq. O, beləliklə 2026-cı ilin maşını üzərində işləməyə başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et