Kokpit.az xatırladır ki, danimarkalı sürücü İtaliya yarışında Pyer Qasli ilə mübarizə apararkən kiçik insident yaşayıblar. Yarışda Maqnussenə 10 saniyə zaman cəzası verilib. FİA eyni zamanda Kevin MAqnussenin super lisenziyasına daha 2 cərimə balı yazıb. Bu isə 32 yaşlı pilotun son 12 aydakı 12-ci cərimə balı olub. Belə olan halda o, bir yarışdan – növbədəki Azərbaycan Qran Prisindən diskvalifikasiya olunmalıdır.
Sabiq Formula 1 pilotu və hazırda şərhçi işləyən Martin Brandl bu cəzanı sərt formada tənqid edib və cəzanın haqsız olduğunu, çünki orada heç bir təhlükəsiz sürüşün olmadığını deyib: “Bu mənə ağır qərar kimi göründü. Cəza xalları sadəcə çox ciddi insidentlər üçün verilməlidir və belə olan hallarda zaman cəzası bəs edir”.
Qeyd edək ki, Kevin Maqnusseni Azərbaycan Qran Prisində Oliver Bermanın əvəz etməsi gözlənilir.
Şərh əlavə et