Xəbəri Kokpitdə Oxuyun!

FIA ön qanadlar barədə mövqeyini bildirib

Red Bull və Ferrari komandalarının rəhbərləri İtaliya Qran Prisindən sonra McLaren və Mercedes avtomobillərinin ön qanadlarının açıq-aşkar əyilməsi ilə bağlı aydınlıq gətirmək üçün FIA ilə əlaqə saxlayacaqlarını bildirmişdilər.

Kokpit.az xatırladır ki, Montsada məşqlər zamanı avtomobillərin ön hissəsində quraşdırılan kameralar göstərmişdi ki, elementlər əvvəlcə geriyə qatlanır, sonra isə bütün qanad üfüqi ox ətrafında fırlanır.

FIA-nın bu həftənin əvvəlində açıqladığı bəyanatda ön qanadların mürəkkəb element olduğu, lakin bütün komandaların bütün komponentlərinin 2024-cü il qaydalarına uyğun olduğu qəbul edilib. FİA-nın tək oturacaqlı yarışlar üzrə direktoru Nikolas Tombazis Auto Motor und Sport nəşrinə müsahibəsində federasiyanın mövqeyini açıqlayıb.

Nikolas Tombazis: “FİA lazım gələrsə, 2025-ci ilə qədər reaksiya verməyəcək. Bu, təkcə aerodinamikaya deyil, həm də hissələrin strukturuna təsir edəcək. Bu gün yeni qaydaları elan etsək belə, komandaların hətta Abu Dabi üçün belə dəyişiklikləri hazırlamağa vaxtı olmayacaq”.

Qeyd edək ki, son 10 yarışda çempionatda qüvvələr nisbəti ciddi şəkildə dəyişilib – son illərin çempionu Red Bull bu mövsümə də çox güclü başlasa da, son yarışda hətta dördüncü komanda təsiri bağışlayıb.

Elçin Zodorov

Şərh əlavə et