Kokpit.az xatırladır ki, Valkyrie Aston MArtin-in ən vacib layihələrindən biridir və hazırda ən yaxşı hiper avtomobillərdən biri sayılır. Britaniyalılar bu avtomobillərdən birini komandanın ikiqat Dünya Çempionu pilotu Fernando Alonsoya hədiyyə edib. İspaniyalı pilot maşının açarlarını götürən kimi maşını Monakonun küçələrində sürüb.
Avtomobil Aston Martin-in Formula 1 bolidi kimi yaşıl rəngə boyanıb. Onsuz da brendin rəngi də yaşıldır və “Saten Aston Martin Lime” rəng çalarlarını maşında görmək mümkündür.
Aston Martin komandası bildirib ki, ən diqqət cəlb edən şey maşının içindədir. Belə ki, qaz pedalının üzərndə Alonsonun Formula 1-dəki nömrəsi olan 14 yazılıb.
Aston Martin-in məlumatına görə maşın 0-100 kilometr/saat sürətlənməsini 2.5 saniyədə edir və 1155 at gücünə sahibdir. Bu maşından sadəcə 15ə ədəd istehsal edilib və qiyməti 3.5 milyon avrodur.
Şərh əlavə et