Kokpit.az bildirir ki, söhbət ağıllı telefonlardan gedəndə ağla çoxlu firmalar gəlir. Hər firmanın böyük xüsusiyyətlərə sahib olan flaqman modelləri var. Buna görə də onların arasından ən yaxşısını seçmək heç də asan məsələ deyil. Belə olan hallarda AnTuTu-nun müqayisəli testləri və xal siyahısı müştərilərin köməyinə gəlir.
AnTuTu 2024-cü ilin avqust ayının ən yaxşı ağıllı telefon modellərinin siyahısını çıxarıb. Burada diqqəti ən çox cəlb edən məsələ isə Android ağıllı telefonlarının siması sayılan Samsung-un onluğa düşməməsidir. Siyahının zirvəsində çinli istehsalçılar oturub.
Red Magic 9 Pro | 2043275 |
iQOO 12 | 2036712 |
Redmi K70 Ultra | 2019651 |
vivo X100 | 1992147 |
iQOO Neo9S Pro | 1965644 |
Mi 14 Ultra | 1930733 |
Mi 14 | 1928986 |
Redmi K70 Pro | 1914903 |
nubia Z60 Ultra | 1883900 |
OnePlus 12 | 1860275 |
AnTuTu-nun hesablamalarında ağıllı telefonlar proçessorlar gücü, qrafik performansı, yaddaş vəziyyəti, depolama performansı kimi fərqli sahələrdə test edilirlər. Daha sonra telefonlara performanslarına görə cəm xal verilir.
Bəs siz bu siyahı barədə nə düşünürsünüz? Sizcə, AnTuTu-nun bu xal hesablanması doğrudur?
Şərh əlavə et