Xəbəri Kokpitdə Oxuyun!

Santander F1-in qlobal tərəfdaşı olub

Formula 1 nüfuzlu Santander şirkəti ilə tərəfdaşlığını elan edib.

Kokpit.az xəbər verir ki, İspaniyanın maliyyə-kredit qrupu Santander 2025-ci ilin ilk günündən etibarən çempionatın tərəfdaşı olacaq. Müqavilə çoxillikdir və gələn ilin ilk günü – Ferrari ilə mövcud müqavilə başa çatdığı andan etibarən qüvvəyə minəcək.

Stefano Domenikali: “Mən çox şadam ki, tanınmış qlobal brend olan Santander Formula 1-in rəsmi tərəfdaşı olacaq. Santander idmanımızda zəngin tarixə malikdir. Onlar bilirlər ki, biz onların missiyasını bütün dünyada müştərilərə çatdırmaq üçün nə gözəl platforma təqdim edə bilərik.

Müştərilərimizə və pərəstişkarlarımıza yeniliklərə və üstün xidmət göstərməyə ümumi diqqətimiz tərəfdaşlığın açarıdır. Mən trasda və yoldan kənarda maraqlı gələcək gözləyirəm”.

Xatırladaq ki, Ferrari üçün də Santander-dən boşalan yer dərhal dolacaq. Onlar İtaliyanın UniCredit bank qrupu ilə 2025-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək uzunmüddətli müqaviləyə imza atıblar…

Elçin Zodorov

Şərh əlavə et