Xəbəri Kokpitdə Oxuyun!

O.Berman: Kimini qısqanmıram

Gələn il Haas komandası ilə Formula 1-də debüt etməyə hazırlaşan Oliver Berman bildirib ki, Mercedes ilə müqavilə bağlayan Kimi Antonellini qısqanmır.

Kokpit.az xatırladır ki, Oliver Berman və Kimi Antonelli Formula 2-də Prema komandasında birlikdə yarışırlar. Onlar gələn il Formula 1-də debüt edəcəklər.

Kimi Formula 1 karyerasına Mercedes kimi yüksək səviyyəli komandada başlayacaq. Oliver Berman isə Haas ilə Formula 1-ə giriş edəcək.

Buna baxmayaraq Britaniyalı pilot bildirib ki, o, Kimini qısqanmır: “Kiminin müqaviləsi ilə bağlı xəbərlər gözlənilməz deyildi. Zarafat bir qırağa onun adına çox sevinirəm.

Açıqlama üçün uzun müddət gözləməli idi. Bu müddətdə çoxlu danışıqlar oldu. Sonda gələcəyimiz dəqiqləşdi və bu doğrudan da çox gözəl hissdir. Xüsusən də, müqaviləniz Mercedes tərəfindən açıqlananda daha da gözəl olur. Onun adına çox sevinirəm və onu qətiliklə qısqanmıram.

Mən də Formula 1-də yarışacağam və ən vacib şey budur. Hazırda nəticələr çox yaxındır və gələn il xal uğrunda mübarizə aparacağımıza inanıram.

Buna görə də Kimiyə ən xoş arzularımı göndərirəm. Gələn il eyni peletonda olacağıq və buna görə də çox sevincliyəm”.

Rauf Hacıyev

Şərh əlavə et