Kokpit.az xatırladır ki, Red Bull komandası artıq 6 yarışdır ki, qalib gələ bilmir və bunların sadəcə ikisində podiuma yüksələ bilib. Bu müddət ərzində McLaren 201, Mercrdes 141, Ferrari 137 və Red Bull komandası 116 xal toplayıb.
Maks Ferstappen Zandfortda yarışın qalibi Lando Norrisdən 23, Montsada isə Leklerdən 37 saniyə geridə qalıb. Bundan başqa “qırmızı öküzlər” İtaliya Qran Prisində dördüncü sürətli komanda təəssüratı bağışlayıblar.
Montsadakı yarışdan sonra Maks Ferstappen və ikinci yerdəki Lando Norris arasındakı xal fərqi 62-yə düşüb. Red Bull ilə McLaren arasındakı xal fərqi isə 8 olub.
Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, maşında mühəndislik səhvi olub və RB20-də öndən sürüşmə və balans problemləri var. McLaren komandasının yeni ön qanadı ilə bağlı problemlər də üzə çıxıb və Red Bull komandasının problemləri həll etmələri üçün 9 günləri var.
Kristian Horner: “Məncə, qaydalar çox açıqdır və bu, FİA üçün bir problemdir. McLaren və Mercedes testləri keçsələr də, reqlamentə diqqət etmək lazımdır.
2021-ci ildə Azərbaycan Qran Prisi zamanı ön qanad reqlamentində dəyişikliklər oldu və qanadlarımız testdən keçsə də, aero çeviklikdən faydalana bilirdi.
Bu, FİA-nın işidir və bu işi onlara buraxacağıq. Ancaq qəbul etsələr, bununla bağlı işlər görə biləcəyik”.
Əgər Red Bull və Kristian Hornerin təzyiqi uğurlu olsa, bu hal 2024-cü il çempionatı üçün təsirli ola bilər.
Şərh əlavə et