Xəbəri Kokpitdə Oxuyun!

Maqnussen təsdiqləyib: Bakıda olmayacaq

Haas komandasının sürücüsü Kevin Maqnussen növbəti mərhələ olan Azərbaycan Qran Prisində iştirak etməyəcək.

Kokpit.az xatırladır ki, danimarkalı sürücü İtaliya yarışında Pyer Qasli ilə insident yaşamış və stüardlar ona 10 saniyə zaman cəzası ilə birlikdə lisenziyasına 2 cəza balı yazmışdılar. Bu isə Kevinin son 12 ay ərzində topladığı 12-ci cəza balı idi. Bu isə o deməkdir ki, 32 yaşlı pilot bir yarışdan diskvalifikasiya ediləcək. Bu yarış isə 9 gündən sonra paytaxtımızda keçiriləcək Azərbaycan yarışıdır.

Tərəflər bu barədə heç bir açıqlama verməmişdilər, Lakin Kevin Maqnussen sakitliyini pozub və sosial şəbəkə üzərindənnbildirib ki, Azərbaycan Qran Prisində iştirak etməyəcək: “Yaxşı xəbər odur ki, Montsadan bir xalla ayrıldıq. Pis xəbər isə Bakıda yarışmayacağımdır. Sinqapurda görüşərik”.

Bakı Şəhər Halqasındakı yarışda Kevin Maqnusseni gənc Oliver Bermanın əvəz etməsi gözlənilir. Qeyd edək ki, Oliver Berman artıq bir dəfə Formula 1 yarışına çıxıb. O Səudiyyə Ərəbistanında Ferrari komandasında Karlos Saynsı əvəzləmiş və 7-ci yeri tutmuşdu.

Rauf Hacıyev

Şərh əlavə et