Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Səbirli olmalıyıq

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, yeniliklərin yaşı işləyib-işləmədiyini anlamaq üçün bir neçə yarış gözləməlidirlər.

Kokpit.az xatırladır ki, Ferrari keçən həftəsonu Montsaya yeni altlıq da daxil olmaqla yenilik paketi ilə gəlmiş və yarışda yaxşı nəticəyə ümid etmişdi.

Bu yeniliklər işə yarayıb və Şarl Lekler strategiyanın da köməyi ilə yarışı qazanıb. Karlos Sayns isə yarışı dördüncü yerdə bitirib.

Lakin Karlos Sayns hələ də nikbindir. İspaniyalı sürücü düşünür ki, yeniliklərin işləyib-işləmədiyini anlamaq üçün bir neçə yarış gözləməlidirlər: “Ferrari-nin qazandığını görmək sevindirici haldır. Həm də bura Montsadır. Yəni ki, xüsusi bir trasdır.

Görək son yeniliklərimiz necə işləyəcək. Bu yeniliklərin mövsümün gedişatını dəyişdirib-dəyişdirməyəcəyini, artıq davamlı olaraq qələbələr uğrunda mübarizə aparıb-aparmayacağımızı və ya əvvəlki kimi yüksək nəticələr alıb-almayacağımızı zaman göstərəcək.

Hələ heç nədən əmin deyiləm. Növbəti bir neçə yarışda hər şeyi nəzarətdə saxlayacağıq. Bundan sonrakı ilk normal tras Ostin olacaq.

Bakı və Sinqapurdakı traslar şəhər tipli traslardır. Amerikada maşınımızın nə qədər yaxşı işlədiyinə nəzarət edəcəyik”.

Qeyd edək ki, növbəti yarış 9 gündən sonra paytaxtımız Bakıda keçəcək.

Rauf Hacıyev

Şərh əlavə et