Kokpit.az xatırladır ki, Mercedes komandası Montsadakı həftəsonuna yaxşı başlasa da, yarışda 5 və 7-ci yerləri tutub. Ümumilikdə isə “gümüşü oxlar” yay tətilindən sonra gözləntiləri heç də qarşılamayıblar.
Yarışdan sonra müsahibə verən Toto Volff bildirib ki, Mercedes bu həftəsonu istədiyi performansa çatmayıb: “Zandforta nisbətən yaxşı yarış keçirsək də, yetərli deyil.
Sol ön təkərdə yaşadığımız yeyilmə probleminə görə iki pit-stop etməli olduq. Bu yeyilmə tək pit-stoplu strategiyanı mümkünsüz etdi. Bu yarışdakl tempimizlə bundan yaxşı nəticə mümkün deyildi.
Bakı yarışından əvvəl problemləri təhlil etmək üçün bir az vaxtımız var və daha güclü olmağı hədəfləyirik. Amma Montsada kimin qalib gələcəyini seçmək şansım olsaydı, səsimi Ferrari-yə verərdim. Formula 1-dəki şou üçün burada qazanmaqları çox gözəldir.
Ən yaxşı dörd komandanın hər yarış belə yer dəyişməsi azarkeşlər üçün çox yaxşıdır.
Məncə, ilin əvvəlindəki hegemon olan Red Bull-u bir müddət Maks öz istedadı ilə daşıya bildi. Amma böyük ehtimalla son illərdəki ən pis performanslarından biridir. Təbii ki, mən kiməm ki, bu barədə şərh verirəm? McLaren hazırda çempionluq üçün ən böyük favoritdir”.
Şərh əlavə et