Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: F1-də heç kimə güvənmək olmaz

İspan sürücü komandasının Montsadakı qələbəsinə sevinir və öz dördüncülüyünə görə də məyus deyil. Karlos yarışın son hissəsində sürətlə gələn Piastrini arxasında ləngidərək Leklerin qələbəsinə töhfəsini də verib.

Kokpit.az xatırladır ki, Piastri məhz Saynsın arxasında xeyli vaxt itirib və təkərlərini köhnəltdiyi üçün onu keçdikdən sonra yarışın lideri Şarl Leklerə çata bilməyib.

Karlos Sayns: “Ferrari-nin qalib gəldiyini görmək sevindiricidir, üstəlik Montsa kimi xüsusi trasda. Biz hələ görməliyik ki, ən son yeniliklərimiz başqa traslarda özünü necə göstərəcək. O zaman məlum olacaq ki, mövsümün gedişatı necə dəyişəcək – müntəzəm olaraq qələbələr uğrunda mübarizə apara biləcəyik, yoxsa əvvəlki vəziyyətimizə qayıdacağıq.

Ümumiyyətlə, düzünü deyim ki, hələ heç nəyə əmin deyiləm. Mən bunu bir neçə yarışda yoxlamalı olacağam – məncə, növbəti “normal” tras Ostin olacaq. Bakı və Sinqapurda keçiriləcək növbəti iki yarışın da özünəməxsus traslarda keçiriləcəyi aydındır. Amerikadakı trasda isə biz avtomobilimizin nə qədər yaxşı performans göstərəcəyini yoxlayacağıq.

İlk dövrədəki epizoda gəlincə, Piastri komanda yoldaşını qabaqlayanda mən bunu görmədim. İki McLaren avtomobilinin arxasınca getdiyiniz zaman kimin kim olduğu aydın olmur, ona görə də onların arasında nə baş verdiyini deyə bilmərəm, lakin bu bir daha təsdiqləyir ki, Formula 1-də dostlar yoxdur və heç kimə etibar etmək olmaz”.

Elçin Zodorov

Şərh əlavə et