Xəbəri Kokpitdə Oxuyun!

K.Horner: Zəif yönlərimizi gördük

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, komandanın yaşadığı problemləri həll etməlidirlər.

Kokpit.az xatırladır ki, “qırmızı öküzlər” Montsada aşkar formada əm sürətli 4-cü komanda kimi görünüblər. Onlar sıralanma turunda 7 və 8-ci, yarışda isə 6 və 8-ci yerləri tutublar.

Red Bull komandası Hard təkərlərdə pis görünməsə də, Medium təkərlərə keçdikdən sonra performans itirib.

Yarışdan sonra Kristian Horner yarışın qalibi Şarl Lekleri təbrik edib və bildirib ki, bolidin performans problemini həll etmək üçün çox işləməlidirlər: “Əvvəlcə Şarlı öz evindəki qələbə münasibəti ilə təbrik edirəm.

Yarışda kər yeyilməsinə görə tək pit-stoplu strategiya tətbiq edə bilmədik. İtaliyadan sonra çox işimizin olduğunu anladıq.

Strategiyamız bir nöqtəyə qədər əla işlədi, amma sonra təkərdə yeyilmə problemi yaşadıq və sıralanma turunda yaşadığımız problemlər yarışda da qarşımıza çıxdı.

Maks əla iş görərək altıncı yeri qazandı. Çeko da yarışda əla performans göstərdi. Məncə, bitirdiyimiz yer bizim üçün maksimum nəticədir.

Performansımız hazırda narahatlığa səbəb verir və bütün komanda hazırda bunun üzərində işləyir. Belə görünür ki, hazırda balans problemi var və bu, həll olunmalıdır. Buna görə də bazada komanda problemi həll etmək üçün var qüvvəsi ilə işləyir. Bu həftəsonu ən azından bəzi zəif tərəflərimizi gördük”.

Rauf Hacıyev

Şərh əlavə et