Kokpit.az bildirir ki, britaniyalı sürücü İtaliya yarışına 3-cü yerdən başlasa da, birinci döngədə Oskar Piastri ilə təmas yaşamamaq üçün qaçış zonasına çıxıb və trada 7-ci yerdə qayıdıb.
Bundan sonra Corc Rasselin ön qanadı da zədələnib. O, pitə gələrək ön qanadını dəyişib və yarışı elə 7-ci yerdə də bitirib. Lakin buna baxmayaraq 26 yaşlı pilot düşünür ki, problem yaşamasalar belə yarış tempində McLaren və Ferrari-yə uduzublar.
Corc Rassell: “Əylənmə zonasında Oskara çox yaxın idim və təkərlərim kilidləndi. Buna görə də trasdan çıxaraq qaçış zonasına çıxdım. Doğrudan da məyusedici hal idi.
Yarışın birdən-birə belə asanlıqla pis yönə getməsi məyusedici olsa da, yarış tempi cəhətdən onsuz da McLaren və Ferrari-dən geri qalırdıq.
Red Bull geriyə düşdükdən sonra Ferrari əvvəlki yarışlara nisbətən Zandfort və Montsada çox güclü görünürdü”.
Şərh əlavə et