Kokpit.az xatırladır ki, İtaliya yarışında McLaren rəqibi Ferrari-dən daha sürətli görünsə də, sonda sürət yox, strategiya qalib gəıib. “Qırmızılar” tək pit-stoplu strategiya seçərək öz publikaları önündə yarışı qazanıblar.
McLaren komandası isə risk almayaraq iki pit-stoplu strategiya ilə gediblər.
Andrea Stella yarışdan sonra bunları deyib: “Ferrari ilə çox yaxın mübarizə oldu. Lekler burada çox sürətli idi və tək pit-stoplu strategiya ilə yarışı qazandı.
Biz isə yarışın sonunda daha güclü qala bilmək üçün iki pit-stoplu strategiya seçdik. Bu da tras üstündəki üstünlüyümüzü itirməyimizə səbəb oldu.
Bunu saymasaq, Motsada çox yaxşı həftəsonu keçirdik. Bolid güclü olduğunu isbatladı və Zandfortdakı yeniliklərdən sonra hər cür trasda yaxşı performans göstərir.
Bunun hesabına Mühəndislər Kubokunda çoxlu xal qazandıq və Lando Sürücülər Çempionatında fərqi bir qədər də azaltdı. Mövsümün son hissəsində bizi həyəcanlı yarışlar gözləyir”.
Qeyd edək ki, McLaren bu yarışdan sonra çempionatın lideri Red Bull ilə xal fərqini 8-ə endirib. Lando Norris isə Maks Ferstappenlə fərqi 6 xal da azaldaraq, 64 xal edib.
Şərh əlavə et