Kokpit.az xatırladır ki, britaniyalı sürücü 6-cə yerdə başladığı İtaliya yarışını elə 5-ci yerdə bitirib. Bu il Britaniya və Belçika kimi ənənəvi traslarda qalib gələn yeddiqat Dünya Çempionu Montsada məyus olub.
Yarışdan sonra müsahibə verən Lyuis Həmilton bildirib ki, templəri azdır və təkərləri həddindən çox yeyilir: “Tempimiz zəifdir və bunun səbəbini anlamalıyıq. Bu həftəsonu həm sıralanma turunda, həm də yarışda tempimiz aşağı idi. Bundan başqa təkər yeyilməsi də çox idi. Cümə günü daha yaxşı görünürdük. Sözün düzü həftəsonu ərzində rəqiblərimiz inkişaf etdikcə biz geriyə düşdük”.
Lyuis Həmilton İtaliyada pis həftəsonu keçirsə də, növbəti yarışlar üçün ümidlidir: “Növbəti bir neçə yarış ərzində qətiliklə bir az performansımızı artırmalıyıq. Əgər bir az inkişaf etsək, burada tutduğumuz yerdən daha yaxşı yerdə olacağıq. Bundan sonra yenidən qələbə uğrunda mübarizə aparacağımıza ümid edirəm”.
Şərh əlavə et