Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Hər şey gələcəkdə məlum olacaq

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, növbəti yarılarda da bu yüksəlişi davam etdirmək lazımdır. 

Kokpit.az xatırladır ki, İtaliya Qran Prisində Ferrari və McLaren komandaları qələbə uğrunda amansız mübarizə aparıblar. Burada isə sürət yox, strategiya qalib gəlib. Belə ki, Ferrari tək pit-stoplu strategiya ilə Leklerə karyerasının ikinci Montsa yarışını qazandırıb. Karlos Sayns isə yarışı dördüncü yerdə bitirib. 

Yarışdan sonra fikirlərini bölüşən ispaniyalı sürücü bunları deyib: “Montsada McLaren-lərlə doğrudan da mübarizə apardıq. Burada sürətlənmənin böyük fərq yaratdığını düşünürəm. 15-ci dövrədə sürətlənmə pisləşdi və orada nə qədər vaxt itirdiyimi anladım.

Lakin Montsanın çox xüsusi bir tras olduğunu da unutmaq olmaz. Növbəti yarışlarda, xüsusən də Ostin kimi normal traslarda doğrudan da inkişaf edib-etmədiyimizi anlayacağıq”.

Qeyd edək ki, Ferrari öz evindəki yarışda 37 xal toplayaraq, həftəsonunun ən çox xal yığan komandası olub. Növbədə isə Azərbaycan yarışıdır. “Qırmızılar” paytaxtımızda bu uğuru təkrarlaya biləcəklər?

Rauf Hacıyev

Şərh əlavə et