Kokpit.az xatırladır ki, danimarkalı sürücü dördüncü döngədə Pyer Qsli ilə təmas yaşayıb və buna görə də 10 saniyə zaman cəzası alıb. Buna baxmayaraq, o yarışı 9-cu bitirib, amma 10 saniyə cəriməyə görə 10-cu yerə geriləyib və 1 xala razı olub.
Lakin 32 yaşlı sürücünün lisenziyasına bu cəzadan sonra daha 2 bal əlavə olunub və Maqnussen 12 cəza xalına çataraq növbədəki Azərbaycan Qran Prisini buraxmalı olacaq.
Kevin Maqnussen cəza barədə bunlarə deyib: “Cəzaya görə çox məyus oldum. Mən və Qasli dördüncü döngədə sərt formada yarışdıq və yumşaq təmaz yaşadıq. İkimiz də döngəni qaçırdıq və sonra yenidən trasa qayıtdıq. İki maşında da zədə yox idi və bu ikimizin də yarışına təsir etməsi. Amma mən 10 saniyə zaman cəzası aldım.
Bundan başqa birinci dövrədə Rikkardo və Niko təmas yaşadılar. Rikkardo Nikonun maşınına zərər verərək, onun yarışını tamamilə məhv etdi. Amma bunun nəticəsində sadəcə 5 saniyə zaman cəzası aldı. Burada olan məntiqi doğrudan da anlamıram”.
Qeyd edək ki, Azərbaycan Qran Prisində Kevin Maqnusseni gənc Oliver Bermanın əvəz edəcəyi gözlənilir. Britaniyalı sürücü daha əvvəl Səudiyyə Ərəbistanı yarışında Ferrari ilə çıxış etmiş və 7-ci olaraq diqqətləri özünə cəlb etmişdi.
Şərh əlavə et