Xəbəri Kokpitdə Oxuyun!

Ferrari və Santander ayrılırlar

Ferrari və Santander 2024-cü ilin sonunda tərəfdaşlıqlarını bitirəcəklər və İspaniya bakı yeni tərəfdaşlar axtarır. Ən böyük namizəd isə Williams komandasıdır.

Kokpit.az bildirir ki, Santander ildə Ferrari komandasına 60 milyon dollarlıq ödəmə edirdi. Tərəflər daha əvvəl 2010-2017-ci illərdə tərəfdaşlıq ediblər. Daha sonra isə 2022-ci ildən etibarən yenidən tərəfdaşlığa başlayıblar.

Santander şirkətinin loqotipləri həm Ferrari F1 komandasının bolidində, paltarında, kombinezonunda və papaqlarında, həm də 24 saatlıq Le Man marafonunda ardıcıl iki il qalib gəlmiş 499P Le Man Hyperkarının üzərində olub.

Keçən mövsüm Ferrari komandası sponsorlardan 250 milyon dollara yaxıb pul qazanmış və bunun əksər hissəsi Santander bankının payına düşmüşdü.

Ferrari bu barədə belə açıqlama yaylb: “Ferrari şirkətinin tamamının sahib olduğu Ferra S.P.A. ilə Santander arasındakı ortaqlıq 31 dekabr 2024-cü ildə sona çatacaq.

2022-ci ilin yanvar ayında başlayan və daha əvvəl 2010-2017-ci illərdə olan tərəfdaşlıqlarda Santander şirkəti həmişə Ferrari Formula 1 komandasına və Le Mans Hypercar proqramımıza dəstək olub”.

Keçmişdə McLaren-in də sponsoru olmuş Santander şirkəti isə bildirib ki, onlar artıq yeni tərəfdaşlar axtaracaqlar.

Santander-in qlobal kommunikasiya, marketinq və araşdırma üzrə rəbəri Xuan Manuel Kendoya bunları deyib: “Son r ildəli tərəfdaşlığa görə Ferrari-yə minnətdarıq. Belə tərəfdaşlıqlar bizim müştərilərimizlə olan münasibətlərimizə vacib qatqı verir. Növbəti illərdə də müxtəlif tərəfdaşlarla işləməyə davam edəcəyik”.

Yeni tərəfdaşların kim olacağı məlum deyil, amma Karlos Sayns növbəti mövsümdən Williams komandasşına keçəcək. Bu isə o deməkdir ki, Santander gələn ildən Saynsın çıxış edəcəyi Britaniya təmsilçisi ilə tərəfdaş ola bilər.

Williams komandasının rəhbəri Ceyms Vavls daha əvvəl bildirmişdi ki, Karlos Saynsı komersiyaya görə transfer etməyiblər. Ancaq britaniyalı rəhbər cəzbedici tərəfdaşlara yox deməyəcək: “Əgər bu mövzudan uzaqlaşsaq, bütün Formula 1 komandalarının əsl komersiya faydası sadəcə performansdır.

Əgər maşınınızı daha sürətlə düzəltsəniz ya da maşınınızda yaxşı sürücülər olsa və o sürücülər bir-birlərilə mübarizə aparsalar, siz çempionluq və sponsor gəlirləri qazanarsınız.

Bir gecə içində heç kim zəng edib sizə 20 milyon dollar təklif etmir. İşlər belə getmir, amma bu işin bir parçasıdır”.

Rauf Hacıyev

Şərh əlavə et