Xəbəri Kokpitdə Oxuyun!

Ferrari UniCredit ilə anlaşıb

Ferrari komandası İtaliyanın bank firmalarından olan UniCredit ilə 2025-ci il üçün sponsorluq müqaviləsi bağlayıb.

Kokpit.az xatırladır ki, Ferrrari ilin sonunda İspaniya bankı Santander ilə yollarını ayıracaq. Amma “Qırmızılar” artıq yeni tərəfdaş tapıblar. Bu, UniCredit şirkətidir.

Ferrari bu tərəfdaşlığı qısa açıqlama ilə ictimaiyyətə bildirib: “Ferrari 1 yanvar 2025-ci ildən başlayaraq UniCredit S.P.A. ilə çoxillik müqavilə bağlayıb. Bu tərəfdaşlıq Formula 1 tədbirlərini əhatə edəcək”.

UniCredit ilə müqavilənin şərtləri bilinmir, amma italyan şirkətin loqotipləri gələn il komandanın maşınında, paltarlarında, papaqlarında və kombinezonunda Santander-in loqotiplərini əvəz edə bilər.

Qeyd edək ki, UniCredit daha əvvəl UEFA Çempionlar Liqası və tennis turnirlərində sponsor olub. Onlar gələn il Ferrari ilə Formula 1-də debüt edəcəklər.

Beləliklə Ferrari HP-dən sonra başqa vacib firma ilə sponsorluq müqaviləsi bağlayıb. Həmiltonun gəlişi ilə yeni sponsorların artacağı gözlənilir.

Lakin bunu da qeyd edək ki, Ferrari keçən mövsüm sponsorlardan 250 milyon dollara yaxın pul qazanmış və burada ən böyük pay Santander-ə düşmüşdü.

Rauf Hacıyev

Şərh əlavə et