Kokpit.az xatrıladır ki, ispaniyalı sürücü İtaliya yarışını 11-ci yerdə bitirib və xal qazanmağa yaxın olmasına baxmayaraq, evinə əliboş qayıdıb. O, komanda yoldaşı Ləns Strolla nisbətən çox daha yaxşı performans göstərib.
Fernando Alonso: “Yarış gözlədiyimizdən çox daha yaxşı keçdi. Məncə, hər şey bizim üçün yaxşı gedirdi. Startda bəxtimiz gətirdi və yerimizdən yaxşı tərpəndik. Nikonu keçdik. Sonra Aleks Elbona yaxın olduq və onuncu yerdə getdik. Yarışın böyük hissəsində 9-cu yerdə idik, amma iki pit-stoplu strategiya seçdik.
Təkərlərimiz çox yeyildiyi üçün tək pit-stoplu strategiya mümkünsüz idi. Yarışın sonunda yenidən yüksəlməyə çalışdıq və Elbondan 0.8, Maqnussendən 0.1 saniyə geridə idik. Yəni ki, 11-ci yerdə 9-cu yerə qədər cəmi 1 saniyə var idi. Buna görə də xalsız qalmaq çox məyusedicidir, çünki yarışa yaxşı nəzarət etmişdim və xal qazanmağa layiq idik. Ancaq bundan sonra dah güclü olmalıyıq”.
Fernando Alonso xal qazana bilməsə də, ən yaxşı performanslarından birini göstərdiyini düşünür: “Məncə, ən yaxşı yarışım olmasa belə, builki ən yaxşı yarışlarımdan biri idi. Deyəsən maşının İtaliayadakı potensialı 16 və ya 17-cilik idi, amma mən yarışın əksər hissələrində 9 ya da 10-cu yerdə gedirdim. Sonda 11-ci yeri tutduq və bir saniyə fərqlə xal ala bilməmək çox məyusedici haldır, amma 11-ci yerdə layiq olduğumuzdan çox daha yaxşı yerdir”.
Fernando Alonso bildirib ki, o ən yaxşı performanslarından birini göstərsə də, bunu heç kim xatırlamayacaq: “Bəli, bu tamamilə anonim qalacaq. Montsada keçirilən 2024-cü il yarışında Fernando Alonso heç vaxt xatrılanmayacaq. Yəni özüm də sabah bu yarışı unutmağa çalışacağam. Buna görə bu yarış xatirimdən tez silinəcək.
Bu il bütün yarışlarda Ləns ilə 3-5 saniyə içində olurduq. Mən öndə olnada Ləns məndən elə geri qalırdı ya da Ləns öndə olanda mən ondan o qədər geri qalırdım. Montsa da elə deyildi və böyük fərq var idi, çünki bütün həftəsonu ərzində özümü çox yaxşı hiss etdim və bolidi maksimumda sürdüm. Yaxşı start aldın, yaxşı yarış keçirdim, tempim yaxşı idi, amma bolidlər arasındakı fərq son yarışlara nisbətən daha böyük idi və bu məni çox pis məyus edir”.
Fernando Alonso sonda əlavə edib ki, Aston Martin-in əsas problemi təkər yeyilməsidir: “Yarışda iki pit-stop edəcəyimizi proqnozlaşdırmışdıq. Normalda təkərlərə çox yük salırıq. Döngələrdə lazımi qədər asfaltayatma asfaltayatma qüvvəsi istehsal edə bilmirik.
Buna görə də tamamilə təkərin mexaniki ilişməsinə güvənirik. Buna görə də təkərləri rəqiblərimizdən daha çox gərginlikdə saxlayırıq. Bazar günləri əsas problemimiz budur. Burada bir ya da iki pit-stop olacaqdı. Aston Martin üçün iki pit-stoplu strategiya olacağını bilirdik.
Hazırda əlimizdən çox şey gəlmir. Hər şey komandanın əlindədir. Ləns və mən hər həftəsonu əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Ləns isə aramızdakı fərq çox azdır. Yarışların sonunda iki ya da üç saniyə fərqimiz olur və bu yarışda da o həftəsonlarından biri idi. Mən bir az daha yaxşı idim və maşından razı qaldım. Bəlkə də əlimdən gələnin ən yaxşısını edirdim və buna baxmayaraq 11-ci yeri tutmaq məni çox məyus edir. Buna görə də səbirli olmalıyıq”.
Şərh əlavə et