Kokpit.az xatırladır ki, meksikalı sürücü İtaliya Qran Prisinin sıralanma turunda 8-ci olub və komanda yoldaşı Maks Ferstappenə sadəcə 0.04 saniyə uduzub.
Serxio Peres sıralanma turundan sonra bunları deyib: “Hazırda ən böyük problem bolidin balanssızlığıdır. Bəzən yaxşı dövrələr vura bilirik. Amma inkişaf etmək çox çətindir.
Təkərlərlə bağlı bir problem var. Yeni təkərlə ilişməmiz yaxşı olsa da, istədiyimiz tempə çata bilmirik. Buna görə də liderlə aramızda yarım saniyə fərq yaranır”.
Serxio Peres əlavə edib ki, bu problem uzun müddətdir davam edir və artıq ancaq özünə yox, Maks Ferstappenə də təsir edir: “Bu problemlər uzun müddətdir ki, mənimlə birlikdədir, ancaq artıq Maksa da zərər verir. Hazırda sürətli həll yolumuz yoxdur. Qısa müddətdə bolidi daha yaxşı vəziyyətə gətirməyi ümid edirik.
Bolidin aerodinamik problemlərini həll etməliyik. Hər mövsüm demək olar ki, eyni problemlərlə üzləşirik. Problemləri həll etməliyik”.
Şərh əlavə et