Kokpit.az xatırladır ki, monakolu sürücü İtaliya Qran Prisinin sıralanma turunda 4-cü yeri tutub.
“Qırmızılar” öz ölkələrindəki həftəsonuna yeni minimum asfaltayatma qüvvəsi istehsal edən paketlə – arxa qanad, laylı tarazlayıcı qanad, yeni altlıq – gəliblər.
Şarl Lekler bildirib ki, bütün həftəsonu ərzində yavaş döngələrdəki problemləri həll edə bilməyiblər və buna görə çox məyusdurlar: “Bütün həftəsonu ərzində ilk iki döngədə eyni problemi yaşadıq və heyif ki, bunu həll edə bilmədik.
Bu hal bizi çox məyus etdi. Yarışda bəxtimizi sınaya bilərik, çünki aramızda çox az fərq var”.
Şarl Lekler əlavə edib ki, Montsaya xüsusi olaraq gətirdikləri yeniliklərlə belə McLaren-ə çata bilməyiblər: “Buraya xüsusilə Montsa üçün hazırlanmış yeniliklərlə gəldik, amma bunlar da McLaren-ə çatmaq üçün bəs eləmədi. Buna görə də görüləcək çox işimiz var”.
Şərh əlavə et