Kokpit.az bildirir ki, yüksək aşınmanın olduğu trasda riskli tək pitstoplu strategiya tətbiq edən Ferrari yekunda Leklerin qələbəsinə sevinib. Monakolu sürücü yarışı McLaren sürücülərinin önündə başa vurub.
Şarl Lekler: “Sevinc hissi sadəcə inanılmazdır! Düşünürdüm ki, Montsada bir gün yenə qalib gəlsəm, hisslər ilk qələbədi kimi olmaz. Bununla belə, son dövrələrdə 2019-cu ildəki hissləri yaşadım! Asan olmasa da, trasdan çox tribunalara baxdım. Monakodakı və Montsakı yarışlar hər il qalib gəlmək istədiyim iki yarışdır, baxmayaraq ki, mümkün qədər çox qələbə və mümkün qədər tez titul qazanmaq istədiyim aydındır.
Amma bu iki Qran Pri ən önəmliləridir və bu il mən hər ikisini qazana bildim, ona görə də xüsusi qürur hissi keçirirəm. Əlbəttə ki, daim tiffozi dəstəyini hiss edirdim və mənə yüklədikləri əlavə enerjiyə görə onlara çox minnətdaram!
Digər traslarda qələbələr üçün mübarizə apara biləcəyimizi bilmirəm, amma Montsada maşınımız əla işlədi. Mövsümün qalan yarışlarında da bu təkrarlanacaq? Mən buna şübhə edirəm, çünki McLaren-in favorit olaraq qalacağına inanıram, lakin irəliyə doğru bir addım atdığımız tamamilə əminəm. Bununla belə, Bakıdakı trası çox bəyənirəm, orada keçmişdə yaxşı çıxış etmişəm, ona görə də bəlkə orada da fərqlənə bilərik”.
Şərh əlavə et