Kokpit.az xatırladır ki, yarışı fərqli strategiya ilə keçirən Şarl Lekler finiş xəttini onların hər ikisindən öndə keçərək qalib gəlib. Piastri isə yarışı elə başladığı ikinci yerdə tamamlayıb.
Oskar Piastri: “Mən yalan danışmaram və bunun çox ağrılı nəticə olduğunu söyləməyəcəyəm. Bu gün çox şey etdim, amma yarışdan əvvəl strategiya ilə bağlı çoxlu sualımız var idi. Təkərlərin vəziyyətini nəzərə alsaq, bir pit-stop strategiyasına sadiq qalmaq çox riskli idi, amma sonda bunun düzgün addım olduğunu gördük.
Yarış zamanı qoruya bildiyim tempdən çox razıyam. Və belə bir şeydən sonra ikinci yerdə bitirəndə kədər hiss edirsən. İndi başa düşürük ki, bir pit-stop strategiyasını sınamağa dəyərdi. Hamımız sonradan mütəxəssis oluruq, amma bu gün təəssüf ki, bir az səhvə yol verdik və bunda mənim böyük rolum oldu.
Əvvəldən elə bir vəziyyətdə idik ki, hər şeyi itirə bilərdik. Şarl geridə qaldı və alternativ strategiyanı sınamağa gücü çatırdı. O, artıq üçüncü yeri tutmağı planlaşdırırdı və bu gün düzgün seçim etdi. Medium təkərləri tez köhnəlirdi və hətta Red Bull-dakı Hard tərkiblər əvvəldən olduqca pis görünürdü. Mənim ön sol təkərim çox yeyilmişdi. Biz belə olacağınıı gözləmirdik, amma oldu”.
Şərh əlavə et