Kokpit.az bildirir ki, McLaren son yarışlarda rəqibləri üzərində olan təzyiqi artırmağa davam edir. “Narıncılar” buna görə də İtaliya Qran Prisinə çoxlu yeniliklər gətiriblər. Bu yeniliklərdən bəziləri Montsadakı maksimum sürət üçün olsa da, MCL38-dən maksimum performans almaq üçün növbəti yarışlarda da istifadə oluna bilər.
Montsaya gətirilən yeniliklərin məqsədi çox vaxt sürtünməni azaltmaq üçündür. Ön, arxa və tarazlayıcı qanadları bütün il ərzində bolidlərdə görünən ən kiçik qanadlardandır. McLaren-də isə bu hal ön qanadda yeni bir üst flap ilə öndən başlayır və hilal formasında olan bir hissə arxa tərəfdən kəsilir.
Montsada MCL38-in saydpodlarında və motor qapağında dəyişikliklər var, çünki komanda hava axımının bolidin arxasına keçidirni yaxşılaşdırmağa çalışır. Dəyişiklik qaqağın üst hissəsində, Dell sponsorluk loqotipinin ətrafıda daha şişkin formada və nisbətən kiçikdir. Ancaq bu xırda sazlanma həmin hissənin alt tərəfində də formanın dəyişdirilməsini təmin edir.
Burada əsas məqsəd böyük ehtimalla hava axımının doğru yolla səthdən keçməsini təmin etməkdir. Buna aşağıya doğru düşən enişin içindəki kanal və motor qapağının arxa çıxışının alt hissəsi də daxildir. Buradan kola butulkası hissəsinə və daha sonra asılqanların yanından keçərək diffuzorun üst hissəsinə doğru yönləndirirlər.
Komanda dəyişikliklərin gözlənildiyi kimi performans göstərdiyini anlamaq üçün MCL38-i birinci sərbəst yürüşlərdə flo-viz boyasına batırıb.
McLaren-in minimum asfaltayatma qüvvəsi istehsal edın arxa qanadı spektrumun daha incə hissəsində yerləşdirilib. Bu yeniliklər dəsti üçün qaşıq formasında dizayndan istifadə edildiyi nəzər alındığında əsas hissədə gözləniləndə daha düz bir ön kənardan isrifadə edilib. Əsas hissənin ön kənarı da normaldan daha çox geriyə yerləşdirilib. Mərkəzə doğru düzəldilmiş qu quşu boynuna oxşar sütun isə Spadakı versiyadan daha çox əyilir və eyni zaman əsas hissənin alt tərəfini dəstəkləyən avadanlıq da var. (mavi ox)
Bu arada qanadın uc hissəsi özündən və üst, arxa uc tərəfdən bu yenilikıərə uyğunlaşması üçün daha çox qırpılıb. Bu da həssas versiyadır. McLaren-in Belçikada istifadə edilən çəllək tərzi yerinə göz yaşı formasında hissəcik düzəldilib. (Qırmızı ox)
Gözlənilkdiyi kimi McLaren minumum asfaltayatma qüvvəsi qanadını tək laylı tarazlayıcı qanadla da müqayisə edərək, ən yüksək performansı almağa çalışır.
Qeyd edək ki, McLaren komandası Zandfortdan sonra İtaliya Qran Prisinin sıralanma turunda ilk iki yeri tutub. Bu da yeniliklərin düzgün işlədiyinə işarədir.
Şərh əlavə et