Kokpit.az xatırladır ki, həftəsonu ərzində Mark Markes vətənində bütün protokollara başçılıq edib və dünən karyerasının ilk sprint qələbəsini əldə edib. Bu gün isə ən yaxın rəqibi Xorxe Marinə 5.5 saniyə fərq ataraq, 1043 gündən sonra ilk MotoGP qələbəsini qazanıb.
Yarışın startında Françesko Banyaya dünənki kimi səhv edib və 7-ci yerə geriləyib. Trackhouse komandasının sürücüsü Migel Oliveyra isə idarəetməni itirərək, mübarizəni dayandırıb və sarı bayraqların çıxmasına səbəb olub.
Yarışın ikinci dövrəsində Xorxe Martin ikinci yer uğrunda mübarizədə Pedro Akostaya hücum edib. Xorxenin ilk cəhdi uğursuz olsa da, ikinci cəhddə rəqibinu geridə qoyub. Bundan sonra Aleks Markes Pedro Akostaya hücumlar etməyə başlayıb.
Françesko Banyaya isə Bred Binderi keçərək, 6-cı yerə yüksəlib. Yarışın dördüncü dövrəsində isə Aleks Markes də Pedro Akostanı geridə qoyub.
Altıncı dövrədə isə Fabio Kuartararo mübarizəni dayandırıb. O, beşinci döngədə motosikletinin idarəetməsini itirərək, qəza edib.
Yeddi dövrədən sonra Mark Markes ən yaxın rəqibi Xorxe Martini 2.5 saniyə fərq ataraq liderlikdə olub. Sıralanma belə olub: Mark Markes, Xorxe Martin, Aleks Markes, Pedro Akosta, Franko Morbidelli, Françesko Banyaya, Bred Binder, Marko Bezzekki, Cek Miller, Françesko di Canantonio
Yarışın 8-ci dövrəsində Franko Morbidelli səhv edib və bundan istifadə edən Banyaya 5-ci yerə yüksəlib. Morbidelli bu səhvdən sonra Banyaya, Binder və Bezzekki üçlüsünə keçilərək 8-ci yerə geriləyib.
Yarışın 12-ci dövrəsində Françesko Banyaya bu dəfə Pedro Akostaya hücum edərək, 4-cü yerə yüksəlib. Bu son iki ilin Dünya Çempionunun yarışdakı ilk normal ötməsi oluub.
Yarışın 13-cü dövrəsində Maverik Vinyaels boksa gələrək, mübarizəni dayandırıb. Ümumilikdə isə bu yarış Aprilia üçün heç də yaxşı keçməyib.
Yarışın bitməsinə 10 dövrə qalmış sıralanma belə olub: Marks Markes, Xorxe Martin, Aleks Markes, Françesko Banyaya, Pedro Akosta, Bred Binder, Marko Bezzekki, Franko Morbidelli, Enea Bastyanini və Antonio Di Canantonio
Yarışın bitməsinə 6 dövrə qalmış Françesko Banyaya rəqibi Aleks Markesə hücum edərkən ispaniyalı sürücünün motosikleti Pekkonun dizinə çırpılıb və iki sürücü də qəza ediblər. İki sürücü də yaralanmadan qəzadan qurtula biliblər, amma Pekko yarışda xalsız qalıb və Xorxe Martin çempionatda fərqi bir az da artırıb.
Yarışın bitməsinə 3 dövrə qalmış sıralanma belə olub: Mark Makres, Xorxe Martin, Pedro Akosta, Bred Binder, Enea Bastyanini, Franko Morbidelli, Antonio Di Canantonio, Marko Bezzekki, Cek Miller.
Beləliklə, Mark Markes 2021-ci ildən sonra öz vətənində qalib gəlib. O, həm poul, həm sprint, həm yarışı udub. Bunlardan başqa ən sürətli dövrəni də vurub. Beləliklə, Mark Dukati ilə ilk qələbəsini böyük dəbilqə ilə qazanıb. Bu onun 1043 gündən sonra – 2021-ci ilin Almaniya yarışından sonra ilk qələbəsi olub.
Şərh əlavə et