Kokpit.az xatırladır ki, niderlandlı sürücü İtaliya Qran Prisinin sıralanma turunda poul üçün iddialı olmayıb. Montsada son iki ildəki yarışları qazanmış Maks ikinci sessiyada qənaətbəxş nəticə göstərsə də, həlledici son sessiyada Soft təkərlərlə istədiyi ilişməni tapa bilməyib və yeddinci yeri tutub.
Sıralanma turundan sonra danışan Maks Ferstappen bolidinin performansından narazı qalıb: “Bolidi balansda saxlamaq doğrudan da çətindir. Bu hal təkərlərin də işləməsinə mane olur.
Bir problem olanda onu həll etməyə çalışırsınız, amma bu dəfə başqa problem ortaya çıxır. İkinci sessiyada vəziyyət pis deyildi, amma son sessiyada yeni dəst təkərlərlə işlər yenidən pisə doğru getdi.
Üçüncü sərbəst yürüşlərdə yarış tempində arxa təkərlərin tez yeyildiyini hiss etdim və bu da maşını sürməyi çətinləşdirirdi. Maşın balanslı olmayanda təkərlərdən də maksimum performans gözləmək mümkün olmur.
Belə davam etsə, fərq bağlanacaq. Üstəlik may və iyun aylarında qazana bilməyəcəyimiz bir neçə yarışı da qazanmışdım. Əlimdən gələni edirəm və bundan artığı mümkün deyil”.
Şərh əlavə et