Kokpit.az xatırladır ki, britaniyalı sürücü İtaliya Qran Prisinin sıralanma turunda poula namizədlərdən olsa da, yekunda 6-cı yeri tutub.
Komanda yoldaşı Corc Rassellin üçüncü yeri tutduğu sıralanma turundan sonra Lyuis Həmilton özünə qarşı çox tənqidi yanaşıb: “Əsəbdən dəli oluram. Doğrudan da bu dəqiqə çox əsəbiyəm, çünki poul mövqeyini qazana bilərdim.
Ən azından ilk cərgədə ola bilərdim, amma son dövrədə istədiyim kimi performans göstərə bilmədim.
Birinci və ikinci döngələrdə 0.15 saniyə itirdim və sonra axırıncı döngədə 0.1 saniyə də itirdim. Bunun günahkarı heç kim deyil, elə ancaq özüməm.
Bir müddətdir ki, sıralanma turunda çox zəifəm. Bunu necə həll edəcəyimi bilmirəm. Sınamağa davam edəcəyəm”.
Şərh əlavə et