Kokpit.az xəbər verir ki, Franko Kolapinto üçüncü sərbəst yürüşlərdə səhv yerdə start məşqi etdiyinə görə stüardlar tərəfindən rəsmi xəbərdarlıq alıb.
Sürücü izah etdi ki, o, sükan çarxının bəzi parametrləri ilə tanış olmaq üçün pit-leyninin sonunda dayanıb. Stüardlar nəzərə alıblar ki, bu, Frankonun debüt mərhələsidir və o, start prosedurunun həyata keçirilə biləcəyi yerdən cəmi beş metr məsafədə dayanıb, buna görə də rəsmi xəbərdarlıqla kifayətləniblər.
Qeyd edək ki, Franko bu gün ilk Formula 1 yarışına çıxacaq.
Şərh əlavə et