Xəbəri Kokpitdə Oxuyun!

K.Honer: Boliddə nəsə düz getmir

Red Bull komandasının rəhbəri Kristian Horner pis keçən İtaliya Qran Prisinin sıralanma turundan sonra bildirib ki, maşında təməl problemlərin nə olduğunu anlamırlar.

Kokpit.az xatırladır ki, İtaliya Qran Prisinin sıralanma turları Red Bull üçün heç də ürəkaçan olmayıb. Maks Ferstappen sessiyanı yeddinci yerdə tamamlayıb. Komandanın digər sürücüsü Serxio Peres isə Maksdan 0.04 saniyə geri qalaraq səkkizinci yeri tutub.

Red Bull komandası son həftələrdə geriləmə yaşayır və artıq 5 yarışdır ki, qələbə üzünə həsrətdir. Buna görə də komanda daxilində gərginlik artmaqdadır.

“Qırmızı öküzlər” dünənki sıralanma turunda işlənmiş təkərlərlə yeni təkərlərə nisbətən sürətli olublar.

Red Bull komandasının rəhbəri Kristian Horner İtaliyadakı sıralanma turundan sonra bildirib ki, yeni dəst təkərlərlə köhnə dəst təkərlərdən necə geridə qaldıqlarını anlamayıb: “İşlənmiş təkərlə 1.19.6 zaman nəticəsi göstərdikdən sonra yeni təkərlərlə necə oldu ki, 1.20-dən aşağıda nəticə göstərdik?

Maksın da şərhlərindən göründüyü kimi bizim də anlamadığımız şeylər baş verir. İki dəst yeni təkərlə işlənmiş təkərlərə nisbətən zəif performans göstərdik. Bunun səbəbini anlamalıyıq.

İkinci sessiya çox pis keçmədi, amma üçüncü sessiyada yeni təkərlərlə inkişaf edə bilərdik. Lakin bizim kilometrlərlə uzaq olduğumuz bəz nüanslar var. Buna görə də bu səbəbləri tezliklə anlamalıyıq.

Boliddə bəzi şeylər qaydasında getmir və bunları anlamağa çalışırıq. Hər şeydən əvvəl problemi anlamalı və sonra da həll yolu tapmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et