Kokpit.az bildirir ki, Bortoler Motsadakı əsas Formula 2 yarışına sonuncu yerdən başlasa da, debütant mövsümündə ikinic qələbəsini əldə edib və həftəsonunu xalsız bağıayan Ayzek Həcər ilə fərqi azaldıb.
Xatırladaq ki, Bortoleto sıralanma turunda çınqıllı sahəyə düşmüş və hər iki yarışa da peletonun ən arxasından başlamışdı. Lakin o, dünən sprint yarışında 8-ci olub. Bu gün isə təsiredici performansla yarışı qazanıb.
Braziliyalı sürücü supersoft təkərlə yarışa başlayan sürücülərin əksəriyyətindən bir dövrə daha çox trasda qalıb, amma pitdən əvvəl təhlükəsizlik maşınının hesabına üstünlük qazanıb. Nəticədə Bortoleto pitdə daha az vaxt itirib və yarış lideri olaraq trasa qayıdıb. O, önünün açılması ilə yaxşı performans göstərərək ən yaxın rəqibinə 8.5 saniyə fərq atıb.
Birinci döngədə Pepe Marti ilk döngələrdə əyləclərini bloklayıb və nəticədə Pol Arona çırpılıb. Bundan sonra estoniyalı sürücünün qələbə qazanmaq şansları əldən gedib. Marti 10 saniyə cərimə alaraq yarışa davam edib. Aron isə mübarizəni dayandırmalı olub.
Aysek Həcər isə pis startla qaçış zonasına girməli olub. Ancaq yarışın həlledici anında Dennis Hoqer Rettifilo döngəsində Ritomo Miyataya təmas edib. Bu hadisə lider sürücülərin pit-stop etmə anında olub. Bu insident yarışın gedişatını ayırıb. Bortoleto beşinci yerə yüksəlib. Həcər isə pis pit-stop elə 18-ci yerə geriləyib.
Prema komandasının sürücüləri Kimi Antonelli ilə Oliver Bermanın arasında gərgin mübarizə olub. Bu mübarizədə Antonelli komanda yoldaşından şikayət edib və bildirib ki, əylənmədə hərəkət edir. Lakin 24-cü dövrədə Rettifilo döngəsində gec əylənmə ilə Antonelli komanda yoldaşını keçib.
Beləliklə, yarışda Riçard Verşur üçüncü, Kimi Antonelli isə dördüncü olub.
Yarışı qaznanan Bortoleto isə lider Həcər ilə xal fərqini 36-ya endirib.
Şərh əlavə et