Kokpit.az xatırladır ki, öncə komanda yoldaşının gerisinə düşən britaniyalı sürücü yekunda ondan fərqli strategiya seçən Şarl Leklerdən geri qalaraq yalnız podiumun son pilləsinə qalxa bilib.
Lando Norris: “Bütün yarış boyu biz bir pit-stop strategiyası üzərində düşündük, lakin təkərlərin yeyilməsi səbəbindən bunu həyata keçirmək mümkün olmadı. Avtomobilimizin məhdudiyyətlərini nəzərə alaraq, bu gün bir pit-stopla məsafəni qət edə bilmədik. Biz məyus olduq. Ferrari daha yaxşı iş gördü.
Oskardan möhtəşəm performans izlədik. O, məni üstələdi və ikinci yeri tutdu. Təbii ki, onun məni qabaqlaması mənim üçün sürpriz oldu. Başqa cür nə edə bilərdim, bilmirəm. Bir metr sonra əyləc bassaydım, yəqin ki, toqquşacaqdıq. Ferrari bu gün daha yaxşı yarışdı və Lekler daha yaxşı iş gördü”.
Şərh əlavə et