Xəbəri Kokpitdə Oxuyun!

Sprintdə Oliver Berman qalib gəlib

Prema komandasının sürücüsü Avstriyadakı sprint yarışından sonra Montsada da qalib gəlib və mövsümdə ikinci qələbəsini qazanıb.

Kokpit.az bildirir ki, britaniyalı sürücü Spada Pepe Marti ilə insident yaşadığı üçün bugünkü yarışın startında 5 yer itirib və yarışa 8-ci yerdə başlayıb. Buna baxmayaraq, Oliver tez yüksəlib.

Berman Art komandasının sürücüsü Viktor Martins ilə təkər-təkərə mübarizə aparıb. Daha sonra isə Martinin yeddinci dövrədə əylənmə zamanı etdiiy səhvdən istifadə edərək liderliyi ələ keçirib. Bundan sonra britaniyalı pilot Martinslə fərqə yaxşı nəzarət edib. Marti isə dördüncü yerə geriləyib. Üçüncü yeri tutan Coşua Darksen isə üçüncü olaraq builki ikinci podiumunu əldə edib.
Yarışın birinci dövrəsindən sonra trasa təhlükəsizlik maşını daxil olub. Rettifilo döngəsinfə Zek O’Sallivan arxadan Oliver Göteyə təmas edib. Sallivan özünü saxlaya bilsə də, Andrea Kimi Antonellinin ön qanadı zədələnib. O, pitə girdikdən sonra yarışı 18-ci yerdə bitirib.
Çempionatın lideri Aysek Həcər isə yarışı 13-cü yerdə başa vurub. Yeddinci yerdən daha yaxşı nəticə qazanmaq istəyən Aron isə Zeyn Meloniyə hücum edərkən ön qanadını zədələyib və gerilərə düşüb. Adı Audi ilə hallanan Qabriel Bortoleto isə yaxşı yarış keçirib və sonda 8-ci yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et