Kokpit.az xatırladır ki, İtaliya Qran Prisinin sıralanma turunda McLaren komandasının sürücüləri ilk cərgəni götürüblər. Poulu Lando Norris qazanıb. Komanda yoldaşı Oskar Piastri isə ikinci yeri tutub. Avstraliyalı pilot Landodan 0.109 saniyə geridə qalıb.
Oskar Piastri sessiyadan sonra bildirib ki, performansından razı deyil, amma yenə də McLaren komandasının işlərindən razı qalıb: “Məncə, bu il bunu çox dedim, amma bu gün performansım yetərli deyildi. Amma komanda işimiz yaxşı idi. Ön cərgələrdə olacağımız qəti deyildi. Buna görə də bu uğuru qazanmaq əla oldu.
Məncə, ikinci yerdən başlamaq həmişə pis deyil. Yarışda təkərlər üçün nə edəcəyimizə baxacağıq. Məncə, bir-birinə belə yaxın olan olan peletonda həyəcanlı yarış görəcəyik”.
Şərh əlavə et