Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Yarış tempimiz yaxşıdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yarış tempini yaxşılaşdırmalıdırlar. 

Kokpit.az xatırladır ki, niderlandlı sürücü birinci sərbəst yürüşlərdə zirvəddə olsa da, ikinci sərbəst yürüşlərdə 14-cü yeri tutub. Üçqad Dünya Çempionu sessiyadan sonra bildirib ki, onlar fərqli sazlanmalar sınayıblar. 

Maks Ferstappen: “Cümə günü fərqli sazlanmaları test etdik və ikinci sərbəst yürüşlər ideal keçmədi. Yenə də yarış tempində rəqabətədavamlı görünürük.

Belə görünür ki, təkərlər daha çox yükə məruz qalır. Buna görə də vəziyyətin necə olacağını görmək maraqlı olacaq. Maşında yaxşı yön tapmışıq və bu yöndə də işləməliyik. Məncə, mübarizə çox sıx keçəcək. Ümid edirəm ki, biz də mübarizənin içində olarıq.

Bir az əvvəl dediyim kimi fərqli sazlanmaları yoxladıq və dəyərləndirdik. Daha rəqabətədavamlı olmaq üçün hələ də çox işləməliyik. Bolid birinci sərbəst yürüşlərdə ikinciyə nisbətən daha yaxşı görünürdü. Lakin yarış tempimiz daha yaxşdır. Şənbə günü güclü olmaq üçün çox işləməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et